Azərbaycan Premyer Liqasında daha bir portuqaliyalı çıxış edəcək
"Kəpəz" heyətinə daha bir futbolçu qatıb.
Mediasport.az xəbər verir ki, Dioqo Verdaska mövsümün sonuna kimi Gəncə klubunun şərəfini qoruyacaq.
27 yaşlı portuqaliyalı müdafiəçinin son klubu İspaniyada Sequnda (La Liqa 2) təmsilçisi "Mirandes" olub.
"Portu"nun yetirməsi Pireney yarımadasında "Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk" (Polşa, Vrotslav) klublarında oynayıb.