"Sabah" - "Partizan" qarşılaşmasının biletləri satışa çıxarıldı

"Sabah" - "Partizan" qarşılaşmasının biletləri satışa çıxarıldı

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Sabah” – “Partizan” oyununa bilet satışına başlanılıb.

mediasport.az xəbər verir ki, biletləri “iticket.az” saytından, “Iticket”in satış məntəqələrindən, sabahdan etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə edə bilərsiniz. Satılmış hər biletdən əldə olunan 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

“Sabah” – “Partizan” oyunu avqustun 10-da saat 20:00-da Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq.