"Qəbələ"dən 5-ci qələbə

"Qəbələ"dən 5-ci qələbə

"Qəbələ" Azərbaycan 1-ci Liqasında yeni mövsümə hazırlıq çərçivəsində 6-cı yoxlama matçına çıxıb.

Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar" Qəbələ şəhər stadionunun ehtiyat meydançasında "İmişli" ilə qarşılaşıblar.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbə ilə yekunlaşıb.

Bu görüşə qədər Kaxaber Tsxadadzenin komandası Küveyt "Əl-Yarmuk"u ilə heç-heçə ediblər (2:2), "Zaqatala"ya (2:0), "Cəbrayıl"a (5:2, 4:1), "Mingəçevir"ə (4:0) qalib gəliblər.