“Turan Tovuz” - “Qəbələ” oyunu: VİP bileti 5 manata əldə edin

“Turan Tovuz” - “Qəbələ” oyunu: VİP bileti 5 manata əldə edin

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri bu gündən etibarən Tovuz stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.

2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 13 fevral tarixində, saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq.