"Sabah" evdə "Qarabağ"a uduzub - 14-cü tura Masazırda start verilib

"Sabah" evdə "Qarabağ"a uduzub - 14-cü tura Masazırda start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqası qaldığı yerdən davam edib.

Mediasport.az xəbər verir ki, bu gün 14-cü tura start verilib.

İlk oyun günündə bir matç keçirilib və son çempion "Qarabağ" ilk dövrədə olduğu kimi, bu dəfə də "Sabah" üzərində qələbə qazanıb.

Qalan görüşlər sabah və birigün baş tutacaq.


Azərbaycan Premyer Liqası. 14-cü tur


20:00. “Sabah” – “Qarabağ” 1:2

Qollar: Cessi Sekidika, 63 – Toral Bayramov, 58-pen. Nəriman Axundzadə, 60.

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

“Bank Respublika Arena”, 20:00

Sabah: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 10. Aleksey İsayev (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh.

Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 14. İshak Belfodil, 28. Kahim Parris, 12. Vensan Till.

Baş məşqçi: Murad Musayev.

Qarabağ: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade.

Baş məşqçi: Qurban Qurbanov.