Avropa çempionatında final oyununun təyinatları açıqlandı
İyulun 14-də Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə 17-ci Avropa çempionatında final matçı baş tutacaq.
Mediasport.az xəbər verir ki, "köhnə qitə"nin çempionu adı uğrunda keçiriləcək görüşdə İspaniya və İngiltərə üz-üzə gələcək.
Həmin matçın hakim təyinatları artıq açıqlanıb.
Qarşılaşmanın baş hakimi funksiyası fransalı Fransua Leteksyeyə həvalə edilib.
Həmyerliləri - Siril Münye və Mehdi Rahmoni həlledici matçın köməkçi hakimləri olacaqlar.
Polşalı Şimon Marçinyak dördüncü hakim kimi təyinat alıb.
VAR-da Jerom Brisard əyləşəcək.
Onun köməkçiləri fransalı Villi Delayo və italiyalı Massimiliano İrrati olacaq.
Xatırladaq ki, İspaniya - İngiltərə duelinin start fiti 23:00-da səslənəcək.