"Turan Tovuz" Toqo millisinin müdafiəçisini transfer edib

"Turan Tovuz" Toqo millisinin müdafiəçisini transfer edib

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Emmanuel Hakmanı heyətinə cəlb edib.

Toqolu futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Karyerası ərzində Portuqaliyada "Boavişta", "Aveş", "Portimonense" və "Jil Visente"nin formasını geyinmiş müdafiəçi son olaraq Serbiyada "Mladost"un şərəfini qoruyub.

Hakman Toqo millisinin heyətində 8 oyunda meydana çıxıb.