"Planlarımız var, bunu mətbuata açıqlamaq fikrim yoxdu"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 9-cu turunun "Səbail"lə səfər görüşü barədə fikirləini bölüşüb.
MediaSport.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlub ola biləcəklərini gözə aldıqlarını deyib.
"Belə ola biləcəyini gözləyirdik. Hər şey ideal olacaqdı deyə, bir şey yox idi. Bu hadisələrə reaksiyamız normaldı. Hara gəldiyimizi bilirik. Çox işləməliyik. Ötən qarşılaşma ilə müqayisədə, bu gün oyunumzda gərginlik var idi. Meydanda qalib gəlmək istəyən, həvəsli komanda gördüm. İlk yarıda epizodlarımız oldu ki, qola çevirə bilərdik. Ancaq sonluq üçün ustalıq çatışmır.
Abasov komandada görüləcək işlərin çox olduğunu, rəhbərliklə müzakirələr aparıldığını bildirib:
- Planlarımız var. Onları mətbuata açıqlamaq fikrim yoxdu. Rəhbərliklə müzakirələr edirik. Ən yaxşı çıxış yolunu tapmağa çalışacağıq. Durum şəhəri, klubu, bizi qane etmir. Vəziyyəti düzəltmək üçün buradayıq. Ehtimal edirdik ki, bu cür halla üzləşə bilərik. Futbolçuları da anlayışla qarşılayıram. Əvvəl başqa tələblər var idi, indi başqa. Onlar da buna uyğunlaşmalıdı. Ancaq dediyim kimi, əvvəlki oyunla müqayisədə indi daha istəkli komanda var idi meydanda. Bu da daha çox işləmək üçün siqnaldı".