"Sabah" Türkiyə klubuna böyük fərqlə uduzub - Avropa Kuboku
“Sabah” basketbol komandası bu gün FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu qrupun ikinci matçı çərçivəsində Bakıda Türkiyənin “Bağçaşəhər” komandasını qəbul edib.
Bu oyun Azərbaycan basketbol klublarının 18 illik fasilədən sonra evdə ilk avrokubok görüşü olub.
“Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşma Türkiyə təmsilçisinin böyük fərqli qələbəsilə yekunlaşıb - 83:65.
Təmsilçimiz ilk sınağında Monteneqroda “Mornar”a da 75:80 hesabı ilə məğlub olub.