"Sabah" Astarada qazandı

"Sabah" Astarada qazandı

Azərbaycan Basketbol Liqasının bölgədə daha bir oyunu baş tutub.

mediasport.az xəbər verir ki, ötən tur Şəkidə yerli komandaya qalib gələn "Sabah" bu dəfə Astara Olimpiya İdman Kompleksində "Zirvə"nin qonağı olub.

Astara təmsilçisi ilə görüş xeyli gərgin alınıb. İki əlavə vaxta gedən oyunun yekununda paytaxt komandası 97:88 hesablı qələbə qazanıb.

Turun son görüşü sabah saat 15:00-da "Olimpik Şəki" və "Gəncə" arasında oynanılacaq.