Yığmamızın sabiq üzvünün qızı Rusiyada ilin idmançısı seçildi
Futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lala Kramarenko Rusiyada növbəti uğurunu qazanıb.
Mediasport.az xəbər verir ki, bədii gimnast Rusiyada ilin ən yaxşı idmançısı seçilib.
20 yaşlı atlet “Rusiyanın fəxri: ilin idmançısı” nominasiyanın qalibi olub.
O, Rusiyanın İdman Nazirliyinin tədbirində mükafatlandırılıb. Lalaya mükafatla yanaşı, 1 milyon rubl təqdim edilib.
Qeyd edək ki, "Neftçi", "Xəzər Lənkəran", "İnter" (indiki "Şamaxı") və "Simurq"da çıxış etmiş Dmitri Kramarenko 1992-2005-ci illərdə Azərbaycanın əsas yığmasının qapıçısı olub.
O, məşqçi kimi "Qəbələ", "Neftçi" və yığma komandamızda işləyib, 2021-ci ildən Rusiyanın ÇSKA klubunda qapıçılar üzrə məşqçi vəzifəsində çalışır.