Çempionlar Liqası: Köhnə tanışlar 13 ildən sonra üz-üzə gələcəklər

Çempionlar Liqası: Köhnə tanışlar 13 ildən sonra üz-üzə gələcəklər

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda gecənin ən prinsipial oyunu İspaniyanın paytaxtında baş tutacaq.

Mediasport.az xəbər verir ki, "Real" Madriddə İtaliyanın Milan şəhərinin eyniadlı təmsilçisini qəbul edəcək.

Bu komandalar Çempionlar Liqası turnirində indiyə qədər 15 dəfə üz-üzə gəliblər.

Tərəflərin hər biri 6 qələbə qazanıb. 3 oyunda qalib müəyyənləşməyib.

Sözügedən yarışda italyanların bütün zamanlar üzrə ən çox qol vuran oyunçusu Filippo İnzaqidir (33).

"Kral klubu"nda isə bu göstəricidə Kriştianu Ronaldu fərqləndirilib (105).

Komandalar arasında Çempionlar Liqası turnirində indiyə qədər baş tutan oyunlarda qeydə alınan nəticələr

1955/1956-cı illər mövsümü. Yarımfinal

"Real" - "Milan" 4:2 (ilk oyun)

"Milan" - "Real" 2:1 (cavab oyunu)

1957/1958-ci illər mövsümü. Final

"Real" - "Milan" 3:2

1963/1964-cü illər mövsümü. 1/4 final

"Real" - "Milan" 4:1 (ilk oyun)

"Milan" - "Real" 2:0 (cavab oyunu)

1988/1989-cu illər mövsümü. Yarımfinal

"Real" - "Milan" 1:1 (ilk oyun)

"Milan" - "Real" 5:0 (cavab oyunu)

1989/1990-cı illər mövsümü. 2-ci mərhələ

"Milan" - "Real" 2:0 (ilk oyun)

"Real" - "Milan" 1:0 (cavab oyunu)

2002/2003-cü illər mövsümü. C qrupu

"Milan" - "Real" 1:0 (7-ci oyun günü)

"Real" - "Milan" 3:1 (11-ci oyun günü)

2009/2010-cu illər mövsümü. C qrupu

"Real" - "Milan" 2:3 (3-cü oyun günü)

"Milan" - "Real" 1:1 (4-cü oyun günü)

2010/2011-ci illər mövsümü. G qrupu

"Real" - "Milan" 2:0 (3-cü oyun günü)

"Milan" - "Real" 2:2 (4-cü oyun günü)

Rövşən ƏLİSOY