"Sabah"ın futbolçusu karyerasını "Araz-Naxçıvan"da davam etdirəcək
Qış "transfer pəncərəsi"nin açılmasından istifadə edən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində ilk keçidi rəsmiləşdirib.
Mediasport.az xəbər verir ki, Azər Bağırovun baş məşqçisi olduğu komanda “Sabah”dan İldar Alekperovu icarəyə götürüb.
Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik 23 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
O, 17 nömrəli formada çıxış edəcək.