"Qarabağ"ın danışıq apardığı braziliyalı subaylığın "daşını atdı"

"Qarabağ"ın danışıq apardığı braziliyalı subaylığın "daşını atdı"

“Qarabağ”ın sabiq futbolçusu Kadi Borges Malinovski ailə qurub.

Mediasport.az xəbər verir ki, 28 yaşlı braziliyalı rəsmi nikaha daxil olub.

İstedadlı vinger toy mərasimindən videogörüntüləri sosial şəbəkə hesablarında paylaşıb.

Ağdma klubunun danışıq apardığı "sambaçı" 2021-22-ci illərdə Azərbaycanda çıxış edib.

Rusiyanın "Krasnodar" klubuna transfer edilən Kadinin ölkəmizə qayıdacağı gözlənilir.