"1 aylıq övladım ilk dəfə idi oyunumu izləməyə gəlmişdi" - KADİ BORGES
Premyer Liqanın VIII tur oyunundan sonra “Qarabağ”ın futbolçusu Kadi Borges “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri oyun haqda jurnalistlərə açıqlama verib.
MediaSport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçəcəyini gözlədiklərini bildirib. O, fikirlərinə belə davam edib: “İstənilən oyuna belə istəklə çıxırıq. Fasilədə baş məşqçi bizə təmkinli olmağımızı, topu rəqib qapıdan keçirəcəyimizi dedi. Elə də oldu. İkinci hissədə əldə etdiyimiz imkanlardan istifadə edə bildik".
Vurduğu qolu övladına həsr edən vinger hisslərini ifadə etməkdə çətinlik çəkdiyini söyləyib: “Övladım bir ay öncə dünyaya gəlib. İlk dəfə idi mənim oyunumu izləməyə gəlmişdi. Ümid edirəm ki, qarşıdakı matçlarda da ona çoxlu qol həsr edəcəyəm”.
Kadi Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının IIII tur qarşılaşmasına da toxunub: “Avropa turnirlərində səviyyə hər kəsə bəllidir. Yunanıstan təmsilçisi ilə oyun çətin olacaq. Əsas olan tezliklə həmin matça hazır olmağımızdır”.