İntizam Komitəsi "Sabah"ın məşqçisinə iki oyunluq cəza verdi

İntizam Komitəsi "Sabah"ın məşqçisinə iki oyunluq cəza verdi

AFFA “Sabah”ın köməkçi məşqçisi Saşa Sablyakı cəzalandırıb.

Mediasport.az xəbər verir ki, bu barədə qərarı İntizam Komitəsi verib.

O, Azərbaycan Premyer Liqasında X turun “Zirə” – “Sabah” matçındakı hərəkətinə görə cəza alıb.

Məşqçi qarşılaşmanın 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb.

AFFA onu 1-i şərti olmaqla 2 matçlıq diskvalifikasiya edib.

“Sabah” 1000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.