Avropa çempionatının medalçısı: "Onu düzgün qiymətləndirmədim"
“Bu, səbr işidir. Allaha istəyənə istədiyini verir. Həmişə çalışmaq, dayanmadan məşq etmək lazımdır".
Mediasport.az xəbər verir ki, bu sözləri sərbəst güləş yığmamızın üzvü Nurəddin Novruzov deyib.
61 kq çəkidə Rumıniyanın paytatxı Buxarestdə Avropa üçüncüsü olan idman təəssüratlarını, düşüncələrini bölüşüb:
"Ötən il elə məhz Buxarestdə keçirilən U-23 Avropa çempionatında haqsızlıqda üzləşmişdim. Şükürlər olsun, bu dəfə eyni məkanda böyüklər arasında medal qazandım. 61 kq-a yeni keçmişəm. İlk dəfə bu yarışda iştirak etsəm də, həyəcan yox idi. Rahat güləşdim. Abasqadji Maqomedova gələcəkdə qalib gəlmək olar. O da mənim kimi adi insandır. Sadəcə, onu düzgün qiymətləndirmədim, boşluğa yol verdim. İnşallah, gələn yarışlarda daha yüksək nəticələr qazanaram”.