Güləşçilərimizdən 4 medal

Güləşçilərimizdən 4 medal

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

mediasport.az xəbər verir ki, məşqçi Elvin Mürsəliyevin rəhbərliyi altında festivalda iştirak edən güləşçilərimizdən 4-ü fəxri kürsüyə qalxıb.

Sərxan Məmmədov (130 kq) gümüş, Elvin İbadov (55 kq), Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə bürünc medal qazanıb.