Lider "Şahdağ Qusar"dan növbəti qələbə, "Füzuli" evdə məğlub oldu

Lider "Şahdağ Qusar"dan növbəti qələbə, "Füzuli" evdə məğlub oldu

Dünən Azərbaycan 2-ci Liqasında 4-cü turun görüşlərinə start verilib.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 3 qarşılaşma baş tutub.

Yarışın vahid lideri "Şahdağ Qusar" ardıcıl 4-cü qələbəsini qazanıb.

Qusarın digər təmsilçisi səfərdə xal itirib.

Turun digər matçları bu gün keçiriləcək.

Azərbaycan 2-ci Liqası. 4-cü tur

23 sentyabr (bazar ertəsi)

"Saatlı-Araz" - "Şahdağ Qusar" 0:2

Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Gülnurə Əkbərzadə, Emin Abdullayev.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Şirvan OİK stadionu.



"Füzuli" - "Dinamo" 2:4

Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Sənan Bayramzadə.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Şamaxı OİK stadionu.



"Kür-Araz" - "Qusar" 2:2

Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Elmin Süleymanov, Rəsul Babayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Saatlı OİK stadionu.