Çempionun mükafatlandırılması liqanın son turuna təyin edilib

Çempionun mükafatlandırılması liqanın son turuna təyin edilib

Futbol üzrə Azərbaycan 2-ci Liqasında sonuncu - 26-cı turun oyun cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, turun “Kürmük Qax” - “Göygöl” görüşündən başqa bütün qarşılaşmalar Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

Tur 2-3-cü yerlərin sahiblərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edəcək.

Xatırladaq ki, lider "Baku Sportinq" ilk dəfə təşkil edilən yarışda çempionluğu ötən tur təmin edib.

Məhz turun Binə qəsəbə stadionunda baş tutacaq “Şəfa” - “Baku Sportinq” matçından sonra liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.

Həmçinin mövsümün bombardir və ya bombardirlərinin mükafatları veriləcək.


Azərbaycan 2-ci Liqası. 26-cı tur


20 may (bazar ertəsi)

“Qusar” - “Lerik”

“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00


“Kürmük Qax” - “Göygöl”

Qax OİK stadionu, 16:00


“Dinamo” - “Sheki City”

Binə qəsəbə stadionu, 16:00


“Şahdağ Qusar” - “Ağdaş”

Şamaxı OİK stadionu, 17:30


“Cəbrayıl” - “Füzuli”

“ASK Arena”, 17:30


21 may (çərşənbə axşamı)

“Kür-Araz” - “Şəmkir”

Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00


“Şəfa” - “Baku Sportinq”

Binə qəsəbə stadionu, 16:00



1 Baku Sportinq 25 19 4 2 65-24 61
2 Füzuli 25 16 8 1 62-30 56
3 Cəbrayıl 25 18 1 6 75-36 55
4 Şahdağ Qusar 25 16 6 3 77-22 54
5 Qusar 25 15 3 7 58-32 48
6 Kür-Araz 25 12 2 11 58-46 38
7 Sheki City 25 10 5 10 43-41 35
8 Göygöl 25 10 2 13 42-53 32
9 Ağdaş 25 6 6 13 30-46 24
10 Dinamo 25 7 3 15 44-73 24
11 Lerik 25 6 4 15 35-57 22
12 Şəmkir 25 6 1 18 32-62 19
13 Şəfa 25 5 3 17 29-78 18
14 Kürmük Qax 25 4 2 19 27-77 14