"Səbail" "Hatayspor"a uduzmadı

"Səbail" "Hatayspor"a uduzmadı

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" ikinci yoxlama matçına çıxıb.

Mediasport.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Superliqa təmsilçisi "Hatayspor"la qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib - 1:1.

Bayıl klubunun qolunu yeni transfer Gülağa Əsədov vurub.

Xatırladaq ki, "dənizçilər" Türkiyədə keçirdiyi ilk hazırlıq görüşündə 1-ci Liqa klubu "Ərzurumspor"a məğlub olub - 2:3.