AFFA rəqibi təhqir edən Elmar Baxşıyevin cəzasını açıqladı
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi" ilə qarşılaşıb (1:1).
Mediasport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev həmin qarşılaşmadan sonra 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb. Buna səbəb çalışdırıcının rəqibi təhqir etməsi səbəb olub.
Baxşıyevə üç ay sınaq müddəti təyin edilib. Naxçıvan klubu bu hərəkətə görə 4000 manat cərimələnib.
Komandanın inzibatçısı Hüseynxəlil Orucoğlu birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib oyunçuya fiziki təzyiq göstərdiyi üçün 2-si şərti olmaqla 5 matçlıq cəza ilə üzləşib. Klub onun üçün də 4000 manat ödəməli olacaq.
Həmçinin, "Araz-Naxçıvan" dörd futbolçusu sarı vərəqə aldığına görə də 700 manat ziyana düşüb. "Neftçi" də altı üzvü sarı vərəqə gördüyündən eyni məbləği ödəyəcək.