Millimiz sabitliyi pozmur: Dünya çempionatında 3-cü dəfə 5:0

Millimiz sabitliyi pozmur: Dünya çempionatında 3-cü dəfə 5:0

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb.

Mediasport.az xəbər verir ki, yığmamız Binə Atçılıq Mərkəzində baş tutan 3-cü görüşdə Türkiyəni 5:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi üç turdan sonra A qrupunda maksimum nəticə ilə liderdir.

Özbəkistan ikinci, Qazaxıstan üçüncü, Türkiyə dördüncü, Malta isə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, yığma əvvəlki iki görüşdə Qazaxıstan və Malta komandalarını 5:0 hesabı ilə məğlub edib.