"Səbail" Xaçmazda!

"Səbail" Xaçmazda!

“Səbail” PFK uşaq futbolunun inkişafı, bu istiqamətdə kütləviliyin artırılması məqsədilə respublikanın müxtəlif regionlarında klubun bölmələrinin fəaliyyət göstərməsi ilə bağlı müəyyən layihələrin həyata keçirilməsinə start verib.

Mediasport.az xəbər verir ki, Bayıl təmsilçisi cari mövsüm layihə çərçivəsində ilk tədbir Xaçmaz rayonunun Ləcət kəndində təşkil edib.

Klubun akademiyasının koordinatoru Mirbağır İsayev və U-19 komandasının məşqçisi Rahid Əmirquliyev Ləcət kəndində “Səbail”in xüsusi bölməsində məşq edən uşaqlarla görüşüb, onların məşqini izləyib, məşqçilərlə fikir mübadiləsi aparıblar. Uşaqlara klubun idman geyimləri, toplar və məşq avadanlıqları hədiyyə olunub.