Azərbaycan - İngiltərə oyununu bosniyalı hakimlər idarə edəcəklər
AVRO-2025-in seçmə qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək 21 yaşadək futbolçular arasında Azərbaycan - İngiltərə matçının hakimləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, F qrupunda mübarizə aparan millilərin qarşılaşmasını Bosniya və Herseqovinadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Matçın baş hakimi Antoni Bandiç, yardımçıları Amer Maciç və Boris Duymoviç olacaqlar.
Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.
Görüş martın 22-də, saat 16:00-da “Azərsun Arena”da keçiriləcək.