Qadın hakimlərimiz Gürcüstan millisinin AÇ matçını idarə edəcək
Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan - Kipr oyununa təyinat alıb.
Mediasport.az xəbər verir ki, C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər.
Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş iyunun 4-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.