"Qarabağ" 4 pillə irəlilədi

"Qarabağ" 4 pillə irəlilədi

"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.

mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi avrokubokların qrup mərhələsinin sonuncu - VI turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb.

Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var. Qurban Qurbanovun komandası PAOK və "Krasnodar"la birlikdə 61- 63-cü yerləri bölüşür. Cədvələ 131,000 xalla "Mançester Siti" başçılıq edir.