Şəhid övladları Suraxanıda Qurban Qurbanovla görüşüblər - FOTO

 Şəhid övladları Suraxanıda Qurban Qurbanovla görüşüblər - FOTO

Şəhid övladları "Qarabağ" Futbol Klubunun bazasını ziyarət ediblər.

Mediasport.az xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Təhsil" yay düşərgəsinin iştirakçıları baş məşqçi Qurban Qurbanov, eyni zamanda, futbolçularla görüşüblər.

"Təhsil" yay düşərgəsi 45 şəhid övladının iştirakı ilə 19-25 avqust 2024-cü il tarixlərində "Təhsil" Respublika İdman Mərkəzinin "Zuğulba” Tədris-İdman Bazasında təşkil olunub və bu düşərgə zamanı məktəbli şəhid övladları müxtəlif öyrədici, əyləncəli təlimlərdə iştirak ediblər.