Azərbaycan Premyer Liqası klubundan təqdirəlayiq layihə
“Səbail” klubu yeni layihəyə start verib.
MediaSport.az xəbər verir ki, 2023/2024 mövsümündə keçiriləcək hər ev oyunu Azərbaycanın tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin, beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr ediləcək.
Layihənin məqsədi futbolun cəmiyyətdə təkcə idman növü kimi assosiasiya olunmaması, həyatın müxtəlif sferalarına inteqrasiyası, tarix, mədəniyyət, incəsənət və digər sahələrin futbol vasitəsilə fərqli prizmadan gündəmə gətirilməsidir.
Premyer Liqanın I turunda, avqustun 5-də “ASCO Arena”da “Sumqayıt”la keçiriləcək qarşılaşma Azərbaycan Kinosu Gününə həsr olunacaq.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.