Gimnaziada İdman Oyunlarında təmsilçilərimizdən uğurlu çıxış

  Gimnaziada İdman Oyunlarında təmsilçilərimizdən uğurlu çıxış

Bəhreynin Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan paracüdoçuları 8 medal qazanıblar.

Mediasport.az xəbər verir ki, yığmamızın heyətində İlahə Əzizzadə (+57 kq), Tahir Əlizadə (60 kq) və Hüseyn İsmayılzadə (73 kq) qızıl, Elnarə Nizamlı (57 kq), Ömər Qurbanov (60 kq), Elxan Nəbizadə (73 kq) və İlham Əzizzadə (+73 kq) gümüş, Nurlana Məmmədova (+57 kq) isə bürünc medal qazanıb. Komandamız yarışı ümumi hesabda birinci yerdə başa vurub.

Oktyabrın 30-na qədər davam edəcək Gimnaziadada Azərbaycan yığması 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.