Serbiyalı mütəxəssis Bakıda idmançılarımıza ustad dərsi keçib
Serbiya Gimnastika Federasiyasının prezidenti, bədən tərbiyəsi üzrə elmlər doktoru Saşa Veliçkoviç növbəti dəfə Azərbaycana səfərə gəlib.
Mediasport.az xəbər verir ki, o, Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə ustad dərsi keçib.
Veliçkoviç görüş zamanı kişi idman gimnastları üçün bu növ üzrə xüsusi məşq hərəkətlərinin təqdimatını həyata keçirib.
Qeyd edək ki, bu, serb mütəxəssisin ölkəmizə sayca 5-ci səfəridir.