Qədirova dünya çempionu oldu!

Qədirova dünya çempionu oldu!

Böyük Britaniyanı təmsil edən Azərbaycanəsilli idman gimnastı Cesika Qədirova dünya çempionu olub. 

mediasport.az xəbər verir ki, İngiltərənin Liverpul şəhərində keçirilən mundialda döşəmə üzərində sərbəst hərəkətlərə görə 14,200 xal alan 18 yaşlıgimnast bütün rəqiblərini geridə qoyub.

Cesika Qədirova bundan əvvəl çoxnövçülükdə bürünc medala sahib çıxmışdı.