Azərbaycan milli komandası Portuqaliyada "bürünc" qazanıb

  Azərbaycan milli komandası Portuqaliyada "bürünc" qazanıb

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" beynəlxalq turnirində 3-cü olublar.

Mediasport.az xəbər verir ki, yığma komandanın heyətində İbrahim Mustafazadə, Əli Nİftəliyev və Fərhad Vəliyev mübarizə aparıblar və komanda hesabında bürünc medal qazanıblar.