Qəbələdə bədii gimnastika üzrə Regionlar Kubokuna start verildi

Qəbələdə bədii gimnastika üzrə Regionlar Kubokuna start verildi

Qəbələdə bədii gimnastika üzrə Regionlar Kubokuna start verilib.

Mediasport.az xəbər verir ki, yarışda 66 idmançı mübarizə aparır.

İştirakçılar arasında Şəki, Oğuz, Şirvan, Masallı, Sumqayıt, Gəncə, Abşeron, Lənkəran, Qəbələ Olimpiya komplekslərinin, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin və Şəmkir Gənclər Evinin gənc gimnastları var.

Yarışlar uşaqlar və yeniyetmələr arasında keçirilir.

Qrup hərəkətləri üzrə komandalar da yarışda çıxış edəcəklər.