Leyli Ağazadə Almaniyada keçirilən yarışda qızıl medal qazandı
Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış kuboku" yarışında qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından "mediasport.az" saytına verilən məlumata görə, milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub. Yarışa dekabrın 12-də yekun vurulacaq.