Azərbaycan millisinə qol vura bilmədi, "Yuventus"a transfer edildi
![Azərbaycan millisinə qol vura bilmədi, "Yuventus"a transfer edildi](https://mediasport.az/uploads/images/202407/image_750x_6689456f3b560.jpg)
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsində rəqibi İsveçrə yığmasının üzvü Alisa Lemann "Yuventus"a keçib.
Mediasport.az xəbər verir ki, 25 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Lemannın son klubu İngiltərənin "Aston Villa" kollektivi olub.
Xatırladaq ki, hücumçu aprelin 9-da Bakıda baş tutan qarşılaşmada meydanda olsa da, qapımıza vurulan 4 cavabsız qolda fərqlənə bilməyib.
Komandamız iyulun 16-da Lozannada İsveçrə seçməsinin qonağı olacaq.