Xankəndidəki tarixi oyun üçün hazırlanan formalar satışa çıxarılıb
"Qarabağ" Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final oyunu üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb.
Mediasport.az xəbər verir ki, MOİK-lə qarşılaşmaya özəl hazırlanmış məhdud sayda sertifikatlı formalar fanşopda satışdadır.
İşğaldan azad olunduqdan sonra Xankəndi şəhər stadionunda təşkil olunan tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən 100 ədəd özəl qablaşdırmalı və sertifikatlı futbol geyimi ağ, göy və qara rəngdədir.
Xatırladaq ki, dekabrın 21-də keçirilən görüşdə "Qarabağ" MOİK-i 1:0 hesabı ilə məğlub edib.