"Sumqayıt" "Fiorentina"da oynamış braziliyalını icarəyə götürdü - RƏSMİ

"Sumqayıt" "Fiorentina"da oynamış braziliyalını icarəyə götürdü - RƏSMİ

Yeni mövsümün hazırllıqlarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini açıqlayıb.

MediaSport.az xəbər verir ki, Samir Abasovun komandası müqavilə ilə Bolqarıstanın "ÇSKA 1948" klubuna məxsus 30 yaşlı braziliyalı yarımmüdafiəçi Oktavio Mantekanı 1 illik icarəyə götürüb.

"Botafoqo" klubunun yetirməsi karyerası ərzində İtaliyanın "Fiorentina", Belçikanın "Beresxot", Bolqarıstanın "Beroe", "Lokomotiv Sofiya" və "ÇSKA 1948" klublarında çıxış edib.