“Qarabağ”ın Premyer Liqada daha bir oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.
mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi XXXIII turda “Qəbələ” ilə matçı öncədən nəzərdə tutulduğu kimi, mayın 6-da keçirməyəcək.
XXXII turun “Neftçi” – “Qarabağ” görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.
“Azersun Arena”da baş tutacaq “Qarabağ” - “Qəbələ” oyunu saat 20:00-da start götürəcək.