"Sabah"ın legionerləri gedirlər

"Sabah"ın legionerləri gedirlər

“Sabah”ın legionerləri - Davit Volkov, Vensan Till və Jarl Marqarita ölkələrinin milli komandalarına dəvət alıblar.

Mediasport.az xəbər verir ki, Volkov Gürcüstan, Till Lüksemburq, Marqarita isə Kurasao yığmasına çağıılıb.

Gürcüstan millisi oktyabrın 12-də yoldaşlıq oyununda Tailand, 15-də isə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində evdə Kipr yığması ilə qarşılaşacaq.

Lüksemburq seçməsi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə İslandiya, 16-da evdə Slovakiya ilə üz-üzə gələcək.

Kurasao yğması isə KONKAKAF Millətlər Liqası çərçivəsində oktyabrın 14-də evdə Panama, 18-də Trinidad və Tobaqo futbolçuları ilə görüşəcək.