"Yaxşı şanslarımız var idi, təəssüf ki, qol vurmağı bacarmadıq"
"Bu mövsüm bizim üçün vacib rəqib "Sabah"dır. Oyuna yaxşı hazırlaşmışdıq, fikrimcə, maraqlı matç alındı".
Bu sözləri mediasport.az saytına açıqlamasında "Qarabağ"ın cinah müdafiəçisi Marko Veşoviç deyib.
31 yaşlı monteneqrolu futbolçu Premyer Liqanın 14-cü turu çərçivəsində "Sabah" səfərində qələbə qazanmaq imkanlarının olduğunu deyib:
- Yaxşı şanslarımız var idi, təəssüf ki, qol vurmağı bacarmadıq. Buna baxmayaraq, yekun nəticənin ədalətli olduğunu düşünürəm. Stadionda yaxşı ab-hava var idi, bu qədər azarkeş qarşısında oynamaq əlavə motivasiya verir".
Masazırda ən yaxın izləyicisi "Sabah"la qolsuz bərabərliyə razılaşan Qurban Qurbanovun komandası aktivindəki 40 xalla turnir cədvəlində əsas rəqibini 5 xal qabaqlayır.