"Qarabağ" 11-ci çempionluğu, "Neftçi" səfər qələbəsi qazanıb
Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
"Neftçi" Qəbələ səfərində meydana çıxıb.
Son çempion və cari lider "Qarabağ" isə növbəti zəfər üçün "Kəpəz"lə üz-üzə gəlib.
Qurban Qurbanovun komandası sona 8 tur qalmış ardıcıl üçüncü, ümumilikdə isə 11-ci dəfə Premyer Liqanın qızıl medallarını təmin edib.
Azərbaycan Premyer Liqası. 28-ci tur
29 mart
"Qəbələ" - "Neftçi" 0:1
Qol: Kilan Lebon, 42.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Qəbələ şəhər stadionu, 16:30
"Kəpəz" - "Qarabağ" 1:6
Qollar: Latir Fal, 90 - Julio Romao, 21, Olavio Juninyo, 52, 56, Abbas Hüseynov, 64, Elvin Cəfərquliyev, 69, Redon Cica, 88.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
"Kəpəz": 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal.
"Qarabağ": 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.