"Neftçi"dən GECƏ TRANSFERİ - Fransalı ilə 2 illik müqavilə bağlandı
"Neftçi" daha bir transferi rəsmiləşdirib.
MediaSport.az xəbər verir ki, "ağ-qaralar" Qara Qarayevin ardından Ervin Koffi ilə müqavilə bağlayıblar.
28 yaşlı fransalı sağ cinah müdafiəçisi ilə anlaşma 2 illik nəzərdə tutulub.
Futbolçunun son komandası Fransanın 2-ci Liqasında "Pau" olub.
Ervin Koffi Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Yunanıstanın “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.