"Əgər qol vuracağına inanmırsansa, onda meydana niyə çıxasan?" - "Araz Naxçıvan"nın qapıçısı
"Araz Naxçıvan" komandasının qapıçısı Avram Kristian Mediasport.az saytına müsahibə verib.
“Neftçi” ilə görüşdə 1:1 oynadınız. Qarşılaşma sizin üçün necə keçdi?
- Yetərincə, həyəcanlı matç oldu. Bizim üçün çox yaxşı sonluqlu görüş oldu. Çünki bir xalı qazana bildik. Bu cür yaxşı və çətin rəqiblə görüşdə xal qazanmaq əlavə inam qazandırır. Allah qoysa, bu cür davam edərik. Oyundan-oyuna işləyəcəyik və ümidvaram ki, yaxşı nəticələr qazanarıq.
Son dəqiqələrə məğlub daxil olmuşdunuz. Ümumiyyətlə, inam qalmışdı ki, xal qazanacaqsız?
- Qol epizodları yaratmağa çalışırdıq. Topu çox yaxşı hərəkət etdirirdik. Əgər qol vuracağına inanmırsansa, onda meydana niyə çıxasan? Bütün komanda da inanırdı. Son dəqiqələrə daxil olsaq da, inam qalmışdı və şadam ki, bir xal qazandıq.
Birinci dövrədə “Neftçi”ni 1:0 məğlub etmişdiz, bu dəfə isə 1:1 oynadınız. Sizin üçün hansı matç daha çətin alınmışdı?
- Hər oyun fərqli alınır və özünə görə çətinliyi var. Biz onlarla ilk oyunumuz lap çoxdan oynamışıq. Hazırda tamam başqa stadion, meydandır, rəqiblər də bizimlə oyuna tamam fərqli hazırlaşır. Dediyim kimi, hər oyun fərqli və çətin alınır. “Neftçi”yə qarşı hər iki görüş də fərqli alınmışdı.
“Qarabağ”a səfərdə qalib gəldikdən sonra sanki “Araz-Naxçıvan”ın performansında eniş yaşandı. “Neftçi” ilə bərabərlik sizin üçün yenidən yüksəlişə keçmək üçün yaxşı andır?
- “Qarabağ”la oyundan sonra nə olduğunu bilmirəm. Ümidvaram ki, “Neftçi” ilə görüşdəki nəticə komandamızın gələcəyi üçün yaxşı implus olacaq.
Moldova millisi barədə də fikirlərini öyrənmək istəyirdim. Son illərdə sizin də milli enişdə idi, amma son tsikldə hətta qrupdakı sonuncu – Çexiya ilə görüşdən əvvəl Avropa çempionatının final mərhələsinə yollanmaq şansına da sahib idiz...
- Bizdə yaxşı kollektiv yığıldı. Çox yaxşı məşqçilər korpusumuz var və onlar bizə sonuna qədər inanır. Bu da əsas məsələdir. Üstəlik, məşqçilər korpusu bizə keçirdiyimiz oyunlara, keçirəcəyimiz oyunlara yaxşı hazırlaşmağa kömək edir. Bəli, bizim Avropa çempionatına vəsiqə qazanmaq üçün yaxşı şansımız var idi. Amma əgər bunu reallaşdıra bilmədiksə, demək ki, daha da çox işləmək və doğru istiqamətdə çalışmaq lazımdır. Biz bütün komanda olaraq bunu etməyə çalışırıq. Fikrimcə, bizim üçün hələ hər şey qarşıdadır. Amma son tsikldə baş verənlər də komandamız üçün yaxşı implus idi. Hamımız yaxşı nəticələrə fokuslanmışıq.
Tez-tez Azərbaycanda millimizi Qazaxıstan və Moldova milliləri ilə müqayisə edirlər. Həm siz, həm də Qazaxıstan son tsikldə yetərincə uğurlu çıxış etdi, amma Azərbaycan hələ də bunu edə bilmir. Sən özün, Azərbaycan və Moldova millilərini necə müqayisə edəcəksən?
- Bilmirəm. Hər ölkənin futbolunun daxili anları var. Amma biz hamımız keçmiş potsovet ölkəsiyik və mental olaraq eynidir hər şey. Artıq müəyyən qədər vaxt keçib və hər ölkənin ayrıca mentaliteti formalaşır. Hər şey qarşıya qoyulan məqsəddən də asılıdır. Ona necə çatmaq məsələsi də önəmlidir.
-Moldova millisində də xarici məşqçilər işlədi, amma komanda son illərdə əsas dirçəlişini yerli baş məşqçi, ölkənizin futbol əfsanələrindən olan Sergey Kleşenko ilə etdi. Azərbaycanda indi əsas müzakirə mövzusu millidə yerli və əncəbi məşqçinin işləməsidir. Sən bu haqda nə düşünürsən?
- Bunu daha yaxşı AFFA bilər. Əsas odur ki, nəticə olsun. Xarici və ya əcnəbi olmasının isə o qədər də önəmi yoxdur. Yerli olarsa, ola bilsin ki, mentaliteti daha çox bilmiş olacaq. Bəlkə də hansısa əlavə yaxşı implus verəcək ki, düzgün inkişaf edib, futbolçulara da yaxşı nəticələrə çatmaq üçün kömək edər