Zədəyə görə milli komandalarından uzaq qalan ən bahalı futbolçular
Zədə səbəbindən milli komandalarının matçlarında meydana çıxa bilməyən ən bahalı futbolçuların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, ilk pillədə son Avropa çempionu, İspaniya millisinin üzvü Lamin Yamal ("Barselona", 150 milyon avro) qərarlaşıb.
İngiltərə millisinin üzvləri Fil Foden ("Mançester Siti", 150 milyon avro) və Bukayo Saka ("Arsenal", 140 milyon avro) müvafiq olaraq, 2-3-cü sıralarda yer alıblar.
"Qızıl top"un son qalibi ispaniyalı Rodri Ernandes ("Mançester Siti", 130 milyon avro) 5-ci, daha bir ingiltərəli Deklan Rays ("Arsenal", 120 milyon avro) 6-cı olub.
6-10-cu pillələrdə qərarlaşan futbolçular: Rodriqo Qoiş (Braziliya, "Real", 110 milyon avro), Martin Ödeqar (Norveç, "Arsenal", 110 milyon avro), Orelyen Çuameni (Fransa, "Real", 100 milyon avro), Qavi (İspaniya, "Barselona", 90 milyon avro), Koul Palmer (İngiltərə, "Çelsi", 90 milyon avro).
Rövşən