Yığma komandamızın heyəti açıqlandı - 60 min avroluq Avropa çempionatı
Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Monteneqronun Petrovaç şəhərində keçiriləcək şəxsi Avropa çempionatına yollanacaq heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, komanda martın 18-də start götürəcək qitə birinciliyinə 14 şahmatçı ilə qoşulacaq.
Ölkəmizi Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcəklər.
11 turdan ibarət olacaq Avropa çempionatına 35 ölkə qatılacaq. Martın 29-dək davam edəcək turnirin mükafat fondu 60 000 avrodur.