Məhəmməd Muradlı Avstriya turninin qalibi, Şəhriyar 3-cü olub
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən “Grand Prix Plus City” turnirinin blits mərhələsində qalib olub.
Mediasport.az xəbər verir ki, təmsilçimiz 13 turdan sonra 11 xal toplayaraq birinci yeri tutub.
Eyni yarışda iştirak edən digər şahmatşımız Şəhriyar Məmmədyarov 10 xalla bürünc medala sahib çıxıb.