Şahmatçımız Nicat Abasov Dünya Kubokunun 1/4 finalına çıxdı!
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
mediasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.
Təmsilçimiz ilk partiyada olduğu kimi, cavab oyununda qələbə qazanıb.
Beləliklə, Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb. Şahmatçımızın növbəti rəqibi Yan Nepomnyaşi-Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.