Yığma komandamızın üzvü İngiltərədə dünya çempionu olub
Azərbaycan milli komandasının üzvü Mixail Malkin Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə dünya çempionu olub.
Mediasport.az xəbər verir ki, idmançımız Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə DÇ-də qızıl medal qazanıb.
Qeyd edək ki, dünən Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət Azərbaycan yığması eyni növdə də ilk dəfə dünya birincisi adına yiyələnib.