Yığma üzvü Səbinə Əliyeva Qış Olimpiya Festivalında 10-cu oldu

Yığma üzvü Səbinə Əliyeva Qış Olimpiya Festivalında 10-cu oldu

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında ilk çıxışını edib.

mediasport.az xəbər verir ki, o, qısa proqramda 45.27 balla qiymətləndirilib.

Yığmamızın gənc atleti 30 ölkənin iştirakçısı arasında 10-cu yeri tutub. Səbinə Əliyevanın növbəti çıxışı sabah gerçəkləşəcək. İdmançımız sərbəst proqramda yüksək nəticə uğrunda mübarizə aparacaq.